Fransız aktrisası Marina Vladi 88 yaşında vəfat edib
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb
Fransız aktrisası Marina Vladi 24 sentyabrda 88 yaşında vəfat etdi.
Le Parisien qəzetinin məlumatına görə, ailəsi onun ölümünü AFP xəbər agentliyinə bildirib.

Vladi 10 may 1938-ci ildə Fransanın Klişi şəhərində rus əsilli valideynlərin ailəsində anadan olub. Uşaq yaşlarından aktyorluğa başlayıb. Karyerası ərzində təxminən 80 film rolu oynayıb, teatrda çalışıb və kitablar yazıb.
1963-cü ildə aktrisa Marko Ferrerinin "Arı kraliçası" filmindəki roluna görə Kann Film Festivalında "Ən Yaxşı Aktrisa" mükafatını qazanıb. O, həmçinin Jan-Lük Qodar və Andre Kayatın filmlərində də rol alıb.

Marina Vladi şair və aktyor Vladimir Vısotskinin son həyat yoldaşı olub.
1 dəqiqədən az