Füzuli, Ağdam və Cəbrayılda Mərkəzi xəstəxana tikilir
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib
İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun bərpası və inkişafı istiqamətində işlər davam etdirilir.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Şuşa şəhərində yerləşən Şuşa Müalicə Sağlamlıq Mərkəzində əhaliyə ambulator tibbi xidmətlərin göstərilməsinə başlanılıb.
Bununla yanaşı, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.
1 dəqiqədən az