Füzuli şəhərinin əhalisi 50 min nəfərə çatacaq
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib
Füzuli şəhərinin Baş Planında inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 000 nəfərə çatacağı nəzərdə tutulur.
Bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
Onun sözlərinə görə, sənəddə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.