XƏBƏRLƏR / Qayıdış

Füzuli Şəhəri Günü qeyd edilir

Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib

Füzuli Şəhəri Günü qeyd edilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Füzuli şəhəri iki ildir ki, doğma sakinlərinə qucaq açıb. Növbəti dəfə Füzuli Şəhəri Günü doğma sakinlərin iştirakı ilə qeyd edilir.

    Tədbirlər Mədəniyyət Nazirliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Silsilə tədbirlər çərçivəsində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanmış "Çəkməli pişik” tamaşasının nümayişi, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi, təsviri sənət üzrə ustad dərsləri, Füzuli şəhəri 1-ci yaşayış məhəlləsində yerləşən parkda isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı nəzərdə tutulub.

    Günün sonunda isə Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.

    Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.