XƏBƏRLƏR / İctimaiyyət

Füzulidə avtomobil ağaca çırpılıb, 2 ölü, 5 yaralı var

Faktla bağlı cinayət işi başlanıb

Füzulidə avtomobil ağaca çırpılıb, 2 ölü, 5 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Həsənov Şaiq Hiday oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qayıdış-5 qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı ağaca çırpıb.

    Nəticədə Şaiq Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Ceyhun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

    Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb.