Füzulidə məskunlaşan ailələrin 75 faizi işlə təmin olunub
Bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib
"Hazırda Füzuli şəhərində məskunlaşmış 258 ailənin 75 faizi muzdlu iş yerləri ilə təmin olunub".
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.