XƏBƏRLƏR / Kriminal

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

DİN xəbər verir

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın törədən şəxsi polis əməkdaşları saxlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

    Bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

    Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.