Gədəbəydə onkoloji xəstəliklərlə bağlı vəziyyət
Səhiyyə nazirinin müavini Nadir Zeynalov açıqlayır
“Ümumiyyətlə, bütün dünyada, o cümlədən Azərbaycanda da bədxassəli onkoloji xəstəliklər artır.
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Gədəbəyin Söyüdlü kəndinin sakinləri ilə görüşündə deyib:
“Nisbi rəqəmlə götürsək, ölkə üzrə hər yüz min əhaliyə keçən il bu rəqəm 137.9 idi. Gədəbəy üzrə isə 102.9-dur. Yəni, Gədəbəydə onkoloji xəstəliklərin yayılması digər rayonlardan, ümumi Azərbaycanın orta rəqəmindən çox aşağıdadır”.
Onkoloji xəstəliklərdən ölümə gəldikdə isə, Nadir Zeynalov bildirib ki, bu rəqəm ölkə üzrə 0.8 fazdir:
“Gədəbəy üzrə 0.5 faizdir. Bu rəqəm son 10 ilin statistikasına görə dəyişməyib. Bizim statiskamız rayon üzrədir. Söyüdlü kəndi barədə vəziyyət necədir, bilmirik. Ölkə başçısının tapşırığına əsasən Komissiya yaradılıb ki, kənddəki sağlamlıqla bağlı vəziyyət öyrənilsin, araşdırılsın və hökumət başçısına təqdim edilsin. Çox güman ki, qapı-qapı gəzib sizdən məlumat alacaqlar”.