XƏBƏRLƏR / Hərbi

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Müdafiə Nazirliyi xəbər verir

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub:

    "İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik".