XƏBƏRLƏR / Kriminal

Gəncədə ər və arvadı bıçaqlanıb, biri ölüb

Hadisəni törədən yaxın qohumdur

Gəncədə ər və arvadı bıçaqlanıb, biri ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

    Bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Hüseynova Ulduz Elbrus qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.

    Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.

    Faktla bağlı araşdırma aparılır.