Gəncədən Kəlbəcərə ilk avtobus marşrutu açılıb
Marşrut üzrə avtobus hər gün saat 08:30-da yola düşəcək

Kəlbəcər rayonuna ilk müntəzəm avtobus marşrutu Gəncədən hərəkətə başlayıb.
Gəncə Beynəlxalq Avtovağzalından yola düşən ilk avtobus Goranboy - Naftalan - Suqovuşan - Ağdərə - Kəlbəcər marşrutu üzrə hərəkət edəcək.
Qeyd edək ki, bu marşrut üzrə avtobus hər gün saat 08:30-da Gəncədən Kəlbəcərə yola düşəcək.