XƏBƏRLƏR / Sağlamlıq

Göygöldə 4 nəfər dərmandan zəhərlənib,1 nəfər ölüb YENİLƏNİB

Hadisə kəndlərdən birində qeydə alınıb

Göygöldə 4 nəfər dərmandan zəhərlənib,1 nəfər ölüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:13

    30.08.2024-cü il tarixində saat 01:00 radələrində Göygöl rayonu Balçılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

    "Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

    İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan qadının vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

    ***

    14:06

    Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.

    Hadisə Balçılı kəndində qeydə alınıb.

    İlkin məlumata görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını yuduqları dərmandan zəhərlənib. Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

    Onların “Niastol” adlı bit dərmanından zəhərləndikləri ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.