XƏBƏRLƏR / Hava

Güclü külək əsir

Faktiki hava

Güclü külək əsir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 5-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s-yə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.

    Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.