Güclü külək Gəncədə yaşayış binasının dam örtüyünü uçurub
Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb

Güclü külək Gəncədə doqquz mərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Dünən axşam saatlarından başlayan güclü külək nəticəsində Gəncənin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb, bir neçə yerdə ağac aşıb.
Həmçinin Gəncənin mərkəzi meydanında Yeni il bayramı ilə əlaqədar quraşdırılan şam ağacı aşıb. Xəsarət alan olmayıb.
Qısaqapanma səbəbindən transformatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.