Son məlumata əsasən, bu gün güclü külək səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb. Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub.
Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.
3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.