XƏBƏRLƏR / Hava

Bakıda güclü şimal-qərb küləyi əsəcək, sulu qar yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir YENİLƏNİB

Bakıda güclü şimal-qərb küləyi əsəcək, sulu qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 8-də yarımadanın ayrı-ayrı yerlərində sulu qara keçəcəyi ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.