Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk müsahibəsi
Seçilən Prezident “İmedi” telekanalına danışıb

Hakim "Gürcü Arzusu" partiyasının nümayəndələrindən ibarət seçki kollegiyası tərəfindən seçilən Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvili hökumətyönlü “İmedi” kanalına ilk müsahibəsini verib.
Uzun müsahibədən ən maraqlı vacib və maraqlı açıqlamaları seçdik:
- Bu mənim üçün böyük şərəfdir. Komandaya və Bidzina İvanişviliyə təşəkkür edirəm. Təklifə gəlincə, partiyanın fəxri sədri və baş nazir məni görüşə çağırdılar. Təbii ki, namizədliyimin nəzərdən keçirilməsi təklifi gözlənilməz oldu;
- İndi vətəndaşlarla, xüsusən də mənə müxtəlif fikirdə olanlarla birbaşa danışmaq imkanım var. Müzakirəyə başlamaq və həqiqəti bir tərəfdən, digər tərəfdən söyləmək üçün yollar tapmaq mənim maraqlarımdır;
- Ölkənin maraqlarının müdafiəsinə münasibətim millət vəkili və “Xalqın Gücü” partiyasının təmsilçisi olduğum mövqedən fərqli olacaq;
- Zurabişvili hökumətin siyasətinə qarşı idisə, özü istefa verməli idi. Gürcüstan Konstitusiyası prezidentə nazirlər kabinetinə qarşı çıxmaq imkanı vermir;
- Son illər çıxışlarım cəmiyyətə bir az kobud görünürdü, amma bütün bunlar məqsədli idi, o vəziyyətdə mənim və komandamın qarşısında belə vəzifələr dururdu;
- Səmimiyyət mənim təbii halımdır və onu dəyişə bilmərəm, amma ölkəmin maraqlarını başqa cür qorumağa davam edəcəyəm;
- Mən İsveçrədə yaşamışam və Avropada etirazların necə dağıdıldığını görmüşəm. Onlar Gürcüstandakından daha sərt davranırlar və kişi ya qadına fərq qoymurlar;
- Gürcüstanın dəyərlərindən imtina edərək Aİ-yə daxil olmasının mənası yoxdur. Biz xalqımızın mədəniyyətini, dilini və inancını itirmək istəmirik, biz AB-yə olduğumuz kimi üzv olmaq istəyirik.