XƏBƏRLƏR / Kriminal

Gürcüstan xüsusi xidməti uran alverinin qarşısını alıb FOTO

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məluat yayıb

Gürcüstan xüsusi xidməti uran alverinin qarşısını alıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyat zamanı ölkə vətəndaşını radioaktiv maddə olan uranla qanunsuz davrandığına görə saxlayıb.

    İstintaq zamanı məlum olub ki, o, əlində olan "Uran-238"-i xarici vətəndaşa 700.000 dollara satmağı planlaşdırıb.

    Faktla bağlı cinayət işi açılıb və saxlanılan şəxs 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər.