Gürcüstan yenə 3+3 platformasında iştirak etməyəcək
Bu barədə TASS-a Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Gürcüstan tərəfi oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə “3+3” platforması çərçivəsində keçiriləcək danışıqlarda təmsil olunmayacaq. Bu barədə TASS-a Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Xeyr, biz iştirak etməyəcəyik. Gürcüstan çoxdan bəyan edib ki, göstərilən formatda işləmir”, - mətbuat xidmətinin əməkdaşı bildirib.