XƏBƏRLƏR / Təyyarə qəzası

Gürcüstanda həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb

Bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə bildirib YENİLƏNİB

Gürcüstanda həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:30

    Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.

    Bu barədə "Ahaber" məlumat yayıb.

    ***

    13:30

    Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb.

    Bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə bildirib.

    Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları davam etdirilir.

    Gela Geladze qeyd edib ki, dörd hərbçinin nəşi təyyarənin pilot kabinəsində tapılıb.

    Nazir türkiyəli həmkarı ilə daimi əlaqədə olduğunu deyib.

    "Biz beynəlxalq istintaq qrupu yaratmışıq. Qrupa türkiyəli həmkarlarımız da daxildir. Təyyarə hərbi təyinatlı olduğundan ətraflı məlumatları Türkiyə tərəfi ilə razılaşdırılma ilə mərhələli şəkildə təqdim edəcəyik", - Geladze əlavə edib.