Gürcüstanda naməlum şəxs bazarda atəş açıb.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Bildirilib ki, hadisə Rustavi şəhərindəki bazarda baş verib. Qeyd olunub ki, nəticədə 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi Rustavi şəhərindəki bazarda baş verən atışma ilə bağlı açıqlama verib.
"Atışma nəticəsində 4 nəfər həlak olub. Bazarda bir neçə dəfə atəş açan 36 yaşlı kişi saxlanılıb. Ölənlər arasında saxlanılan şəxsin əmisi də var, atəş açan şəxsin əmisi oğlu da yaralanıb. Bütün yaralılar xəstəxanaya aparılıb, atəş açan şəxs hadisə yerində saxlanılıb”, - məlumatda deyilir.
Hadisə yerinə polis səfərbər edilib.