XƏBƏRLƏR / Təbiət

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı yenidən artıb

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı yenidən artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı yenidən artıb.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, daha bir nəfərin cəsədi torpağın altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

    Hazırda daha 24 nəfərin axtarışları davam edir.

    Həlak olanların 7-sinin kimliyi artıq müəyyən olunub.