Hakan Fidan və Marko Rubio Cənubi Qafqazı müzakirə ediblər
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə Münhendə bir araya gəliblər

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Görüş 61-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Görüşdə ABŞ, Türkiyə və ya region üçün təhlükə olmayan sabit və vahid Suriyanı dəstəkləmək üçün yaxın əməkdaşlığa ehtiyac olduğunu vurğulanıb. Elecə də Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə Qlobal Koalisiyadakı liderliyi, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səylər və Ukrayna böhranına son qoymaq kimi ümumi məqsədlər qeyd edilib.
Rubio bu barədə “X” hesabında məlumat yayıb.
“Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya vasitəsilə təhlükəsizlik problemlərini həll etməyi və ABŞ-Türkiyə münasibətlərini gücləndirməyin yollarını müzakirə etdik”, - deyə o vurğulayıb.