Hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 22-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yağan yağıntının miqdarı: Göytəpədə (Cəlilabad) 23 mm, Ağdamda 13 mm, Daşkəsəndə 10 mm, Şahdağda 9 mm, Qaxda 7 mm, Culfa, Ordubadda 6 mm, Xaltan, Gədəbəy, Balakən, Şəki, Qusar, Qrız, Gəncə, İsmayıllı, Quba, Tərtər, Göyçay, Zərdab, Şərur, Şahbuz, Sədərək, Şəmkir, Ağstafa, Qəbələ, Zaqatala, Göygöl, Bərdə, Biləsuvar, Yevlax, Naxçıvan, Naftalan, Qobustan, Mingəçevir, Kürdəmir, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Aprelin 21-i saat 18:40 radələrində Cəlilabadda diametri 0.8 mm (vizual müşahidələrə əsasən) olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Göytəpədə 28 m/s, Göyçayda 24 m/s, Daşkəsəndə 23 m/s, Gəncə, Tərtər, Naftalanda 22 m/s, Mingəçevirdə 21 m/s, Ağdam, Şahdağda 20 m/s, Naxçıvan, Şəkidə 18 m/s, Beyləqan, Qrızda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib.
Sumqayıt, Şamaxı, Quba, Qrız, Göyçay, Biləsuvar, Astara, Lerikdə müşahidə olunub.
Havanın temperaturu aprelin 21-də Bakıda iqlim normasından 5.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-24° isti, Naxçıvanda 17-24° isti, dağlıq rayonlarda 18°-dək isti, aran rayonlarında 26-28° isti olub.
Aprelin 22-23-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. 24-də axşam yenidən qərb rayonlarından başlayraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.