XƏBƏRLƏR / Nəqliyyat

Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

AZAL xəbər verir

Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Məlumata əsasən, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

    Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.