XƏBƏRLƏR / Hava

Hava şəraiti kəskin dəyişib və rayonlara qar yağıb

Dağətəyi ərazilərdə isə 15 sm-dən artıqdır

Hava şəraiti kəskin dəyişib və rayonlara qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib və bir sıra rayonlara qar yağıb.

    Ötən gün axşam saatlarından etibarən bölgədə hava temperaturu bəzi ərazilərdə +1 dərəcəyə, bəzi yerlərdə isə -1 və daha aşağı həddə enib. Axşam saatlarında yağan yağış gecə saatlarından qara çevrilib.

    Hazırda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında qar yağışı davam edir. Düzənlik ərazilərdə qar örtüyünün qalınlığı 3 sm, dağətəyi ərazilərdə isə 15 sm-dən artıqdır.

    Rayonlardan daxil olan məlumata əsasən, yağıntı sosial problemlərə səbəb olmayıb. Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilməsində fasilə qeydə alınmayıb.