XƏBƏRLƏR / Hava

Havanın temperaturu iqlim normasından yuxarı olub

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib

Havanın temperaturu iqlim normasından yuxarı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, qar örtüyü tədricən əriyib, Şahdağda 14 sm olub.

    Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada dumanmüşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb. 

    Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.