XƏBƏRLƏR / Hava

Havanın temperaturu iqlim normasından yuxarı olub

Faktiki hava

Havanın temperaturu iqlim normasından yuxarı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 28-i saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir yağış yağıb.

    Düşən yağıntının miqdarı Lerikdə 4 mm, Astara, Şabranda 3 mm, Daşkəsən, Zaqatalada (Əlibəy) 2 mm, Göygöl, Gədəbəy, Qax (Sarıbaş), Şəki (Kişçay), Şamaxı, Lerikdə 1 mm-dək olub.

    Şərq küləyi arabir Culfada 18 m/s-yə çatıb.

    Daşkəsən, Göygöl, Şəmkir, Qax (Sarıbaş), Şəki (Kişçay), Beyləqan, Qrız, Lerikdə duman müşahidə olunub.

    Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.