XƏBƏRLƏR / Hava

Hazırda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib

Hazırda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər avqustun 13-14-də tozun konsentrasiyası normadan 1.3-1.8 dəfə yüksək olubsa, hazırda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

    Havada müşahidə edilən toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir.

    Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur. Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzun müddət olmaq tövsiyə edilmir. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhət görülür. Çünki belə hava xüsusi ilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər.

    Bu cür tozlu hava şəraitinin iki gün ərzində davam edəcəyi gözlənilir.