XƏBƏRLƏR / Siyasət

Heç kimə imkan verməyəcəyik ki, Suriya torpaqlarını bölsün

Bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin illik toplantısında çıxış edib

Heç kimə imkan verməyəcəyik ki, Suriya torpaqlarını bölsün
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Biz heç kimə imkan verməyəcəyik ki, Suriya torpaqlarını bölüb yenidən münaqişə zonasına çevirsin - R.T.Ərdoğan

    Türkiyə Prezidentinin AKP-nin illik toplantısında çıxışı zamanı verdiyi digər açıqlamalar:

    - Suriyanın yeni hökumətinin sabitliyinə və ya Suriyanın bütövlüyünə qarşı istənilən hücum Suriya xalqının qarşısında və bizim üzümüzdə səddlə qarşılanacaq;

    - İnanırıq və dua edirik ki, Suriyada 61 illik Baas diktaturasından və son 13 ilin zifiri qaranlığından sonra işıqlı günlər gələcək;

    - Suriya xalqı onilliklər boyu davam edən zülmü alt-üst etdi və öz üsyanını qələbə ilə taclandırdı, bunun nəticəsində öz azadlığını, hüquqlarını və gələcəyini müdafiə etdi;

    - Suriyanın digər bölgələrində də İŞİD və PKK/PYD terror təşkilatlarının tezliklə məğlubiyyətə uğrayacağına ümid edirik;

    - Ölkəmizdə sığınacaq tapmış və evlərinə qayıtmağa hazırlaşan suriyalı qaçqınların hər zaman yanında olacağıq.