XƏBƏRLƏR / Münaqişə

HƏMAS liderini İranda İsrail öldürüb

İsrail MN buna görə məsuliyyəti üzərinə götürüb

HƏMAS liderini İranda İsrail öldürüb
İsmail Haniyə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Müdafiə naziri İsrael Kats Yəməndəki husi üsyançılarının liderlərinə hədə-qorxu gələrək ilk dəfə rəsmən ölkəsinin Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmail Haniyənin məhv edilməsində iştirakını etiraf edib.

    Müdafiə nazirinin sözlərini “Ynet” portalı yayıb.

    “Biz onlara (husilərə – red.) ciddi zərər vuracağıq, onların strateji infrastrukturuna zərər vuracağıq və Tehranda Haniyə, Qəzzada [onun varisi Yəhya] Sinvar və Livanda [“Hizbullah” təşkilatının rəhbəri Həsən] Nəsrulla ilə etdiyimiz kimi, onların liderlərini məhv edəcəyik”, – Kats bildirib.

    Xatırladaq ki, Haniyə iyulun 31-də Tehranda öldürülüb. İsrail əvvəllər onun məhv edilməsində iştirakını etiraf etməmişdi.