Hərbi cani Robik Köçəryan işğalçı ideologiyasından əl çəkmir
O, 10 il prezident olduğu ölkənin dəqiq ərazisindən də bixəbərdir
Bugünkü brifinq zamanı Köçəryan bir sıra sayaqlamalar ifadə edib.
10 il prezident vəzifəsində çalışmış birisi rəhbərlik etdiyi ölkənin heç ərazi ölçüsünü bilmirmiş: "Ya 29.800, ya da təxminən, ya 700, ya da təxminən belə?".
Köçəryanın gerizəkalığına fikir verməmək də olardı, lakin o, ışğalçı və revanşist əqidəsini başqa bir bəyanatla ifadə edib.
O deyib: "Ermənistan böyük diaspora sahib bir ölkədir və özünü öz ərazisi ilə məhdudlaşdırmamalıdır".
Məsələ ilə bağlı Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan paylaşım edb:
"Ermənistan Respublikasının suveren ərazisi ilə məhdudlaşmayan Köçəryan kimə müharibə elan edəcəyini desəydi, daha yaxşı olardı.
Nəvələrini başqa ölkənin vətəndaşı edibsə, kimin qanını tökəcəyini desəydi, daha yaxşı olardı.
Müharibənin nəticəsinin necə olacağını və Ermənistanın hansı status altında imperiyanın bir hissəsi olacağını desəydi, daha yaxşı olardı.
Köçəryan Ermənistan Respublikası üçün canlı bir təhdiddir".
1 dəqiqə