Hikmət Hacıyev NB8 ölkələrin XİN-ləri ilə görüşüb
Bu baradə Prezidentin köməkçisi sosial şəbəkədə məlumat verib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda Şimali-Baltik Səkkizliyi (NB8) ölkələrinin Xarici İşlər Nazirliklərinin nümayəndələri ilə görüşüb.
"Şimal və Baltik ölkələrinin - NB8-in siyasi direktorları ilə səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in Azərbaycana ikinci belə səfəridir və biz NB8 ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələrin inkişaf etməyə davam etməsindən məmnunuq", - deyə o, sosial media hesabında yazıb.
1 dəqiqədən az