Hikmət Hacıyev:Təəssüf ki, Ermənistan COP29-da iştirak etmir
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib
Təəssüflə qeyd edirik ki, hələ də Ermənistanın nümayəndə heyəti COP-29-da iştirakla bağlı cavab verməyib.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bütün tərəflərə dəvət göndərilib: “Burada 198 tərəf iştirak edir. Azərbaycan tərəfi Konvensiyanın üzvü olan bütün tərəflər üçün şərait yaradıb. Ermənistan tərəfi qeydiyyatdan keçirilsə də, hələ də Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb”.
Hacıyev əlavə edib ki,
"Əgər Ermənistan bu tədbirdə iştirak etməsə və regional əməkdaşlıqdan, dövlətlərarası təmaslardan danışsa, bu, bir daha göstərəcək ki, erməni tərəfi belə vəziyyətlərdən öz birtərəfli təbliğatı üçün istifadə edir. Ermənistan Konvensiyanın üzvü kimi dəvət olunmuşdu və tədbirdə dəvət olunmuş tərəf kimi iştirak edə bilərdi."