Hindistan Ermənistana “Pralay” raketləri satacaq
Bu barədə erməni mənbələri “Alpha Defense” portalına istinadən yazıb
Hindistan Ermənistana “Pralay” tipli kvaziballistik raketlər satacaq.
Bu barədə erməni mənbələri “Alpha Defense” portalına istinadən yazıb.
150 kilometrdən 500 kilometrədək məsafədəki obyektlərə zərbə endirə bilən bu raketlər hədəfə çatmazdan əvvəl havada manevr edərək raket hücumundan müdafiə qüvvələrinin hədəfindən yayınmaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, “Pralay” raketlərinin istehsalına 2023-cü ildən başlanılıb və hazırda onların bir qismi Çinlə sərhəddə yerləşdirilir.