XƏBƏRLƏR / Hərbi

Hindistan generalları Ermənistana ayaq açıb

Hindistan Milli Müdafiə Kollecinin nümayəndə heyəti Ermənistanda səfərdədir

Hindistan generalları Ermənistana ayaq açıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən iyunun 13-dək general-mayor Samart Nagarın başçılıq etdiyi Hindistan Milli Müdafiə Kollecinin nümayəndə heyəti Ermənistanda səfərdə olacaq.

    Bu gün nümayəndə heyətini Ermənistanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan qəbul edib və qonaqlara Ermənistan Silahlı Qüvvələrində aparılan islahatları təqdim edib.

    Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.