Hindistan şirkəti AÇG və BTC layihələrində pay alıb
Bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında bildirilir
Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615 % payın alqı-satqısı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737 % payın alınması haqqında yekun saziş imzalayıb.
Bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında bildirilir.
Açıqlamada qeyd edilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq.