XƏBƏRLƏR / Təbiət

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb

Bu barədə “The Times of India” qəzeti məlumat yayıb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb.

    Məlumata görə, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.

    Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.

    Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər ölüb.