XƏBƏRLƏR / Münaqişə

Hörmüz boğazında hal-hazırda xaos və panika hökm sürür

Onlarla tanker tıxanma qorxusu ilə Hörmüz boğazını tərk etməyə tələsir YENİLƏNİB

Hörmüz boğazında hal-hazırda xaos və panika hökm sürür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 18:28

    Britaniya Dəniz Administrasiyası dünya neftinin üçdə birinin keçdiyi strateji Hörmüz boğazında GPS-də ciddi pozuntular olduğunu bildirib.

    ***

    18:18

    Hörmüz boğazında xaos yaranıb, onlarla gəmi tıxanma qorxusu ilə suları tərk etməyə tələsir.

    ABŞ bu gecə İranın nüvə obyektlərinə kütləvi zərbə endirib. ABŞ ordusu Natanz, Fordo və İsfahandakı obyektlərə 12 "bunker killer" bombası atıb.

    İranın ali dini liderinin müşaviri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə raket zərbələri endirməyə və əsas neft daşıma marşrutu olan Hörmüz boğazını bağlamağa çağırıb. 

    Bu arada, İran parlamenti boğazın bağlanmasına yekdilliklə səs verib.

    AIS Marine Traffic qlobal gəmi izləmə sistemi xəbər verir ki, təxminən 50 neft tankeri eyni vaxtda Hörmüz boğazını tərk etmək üçün yola düşüb.