Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb
O, dələduzluq və xuliqanlıqda şübhəli bilinir

Hüquq müdafiəçisi Rüfətu Səfərova şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq,külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Bu barədə onun vəkili Bəhruz Bayramov bildirib.
Bu maddələrə əsasən, Rüfət Səfərovu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Rüfət Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.