Hüseyn Abdullayevin məhkəmə prosesi təxirə salınıb
Vəkili Cavad Cavadov müvəkkilinin səhhətində ciddi problem olduğunu bildirib
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses onlayn rejimdə keçsə də, təqsirləndirilən şəxs özü ona qoşulmayıb. Bununla bağlı hakim iclasın keçirilə bilməyəcəyini açıqlayıb.
Hüseyn Abdullayevin vəkili Cavad Cavadov müvəkkilinin səhhətində ciddi problem olduğunu, ona görə də iştirak edə bilməyəcəyini açıqlayıb.
Hakim bildirib ki, sabiq deputatın məhkəmədə iştirak etməməsinin hallarının aydınlaşdırılması üçün Bakı İstintaq Təcridxanasına sorğu göndərilib.
Təqsirləndirilən şəxsin anası Zeynəb Abdullayeva oğlu ilə görüşdüyünü və özünü pis hiss etdiyini bildirib. Nəticədə proses qeyri-müəyyən müddətə təxirə salınıb.