XƏBƏRLƏR / İctimaiyyət

I Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcək

Bu barədə Dövlət Komissiyası məlumat yayıb

I Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

    Hərbçi Alıyev Vaqif Sərdar oğlunun dəfni Gəncə şəhəri, Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlunun dəfni isə Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər Xiyabanında baş tutacaq.

    Qeyd edək ki, Alıyev Vaqif Sərdar oğlu 1966-cı ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. 29.09.1993-cü ildə Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Meyitinin qalıqları da Ağdam rayonunun Sırxavənd kəndində aşkarlanıb. Hərbçi olub.

    Quliyev Mirzəli Müslət oğlu 1952-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulub. 17.02.1992-ci ildə Qaradağlı kəndində itkin düşüb. Meyitinin qalıqları Xocavənd və Ağdam rayonlarının inzibati ərazilərinin kəsişdiyi yerdə aşkarlanıb. Mülki şəxs olub.

    Dəfn mərasimləri sabah həyata keçiriləcək.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.