İlham Əliyev Blinkenlə insan haqları haqda mübahisə edib
Prezident Administrasiyası İlham Əliyevlə Blinkenin telefon danışığının təfərruatlarını açıqlayıb
Azərbaycan Prezidentinin Administrasiyası İlham Əliyevlə Blinkenin telefon danışığını şərh edib.
İlham Əliyev Blinkenlə söhbətində bildirib ki, insan haqları problemlərini bəhanə edərək Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri qətiyyən yolverilməzdir.
Dövlət başçısı ABŞ Dövlət katibinə Ermənistanda müxalifət nümayəndələrinin həbsini xatırladıb və qeyd edib ki, Qərb dövlətlərinin bu kontekstdə susması anlaşılmazdır və ikili standartların bariz nümunəsidir.
İlham Əliyev onu da qeyd edib ki, tanınmış jurnalist Culian Assanj məhz jurnalist fəaliyyətinə görə uzunmüddətli fiziki və mənəvi işgəncələrə məruz qalıb və hazırda onun ABŞ-a ekstradisiyası və edam olunması məsələsi müzakirə olunur.
“Dövlət başçısı əlavə edib ki, insan hüquqları məsələsinə təkcə yerli deyil, bütövlükdə qlobal kontekstdə baxmaq lazımdır”.