İlham Əliyev İspaniyaya başsağlığı verib
Bu barədə Prezident “X” sosial şəbəkəsində paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev faciəli qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib.
"İspaniyada baş verən faciəli qatar qəzasından dərin kədər hissi keçirirəm.
Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.
Bütün yaralılara tezliklə sağalmağı arzulayıram", - deyə prezident sosial media hesabında paylaşım edib.
1 dəqiqədən az