XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olunub

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

    Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulanıb.

    Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

    Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olunub.