XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyev ölkənin pravoslav xristian icmasını təbrik edib

Bu barədə Prezidentin mətbuat xidməti xəbər verir

İlham Əliyev ölkənin pravoslav xristian icmasını təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

    Prezident təbrik məktubunda bildirib: “Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk”.

    Prezident İlham Əliyev qeyd edib ki, hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır.

    “Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.