XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib

YENİLƏNİB

İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:02

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının energetika naziri Sərdar Avais Əhməd Xan Leqarini qəbul edib.

    Söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlanıb, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirilib.

    Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulanıb.

    “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edilib.

    Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

    Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət edib.