İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
Prezidentin Mətbuat Xidməti xəbər verir

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb.
“İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə birgə səylərimiz sayəsində uğurla davam edəcək”, - təbrikdə deyilir.