XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev separatçılara ultimatum verdi

Prezident vətənlərinə qayıdan Laçın sakinləri ilə görüşüb

İlham Əliyev separatçılara ultimatum verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Vətənlərinə qayıdan Laçın sakinləri ilə görüşündəki çıxışında İlham Əliyev Xankədidəki separatçı xuntaya ultimatum verib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.