İlham Əliyev üçtərəfli görüş barədə
"İlk baxışdan Ermənistanın mövqeyində irəliləyiş var, lakin bu kifayət deyil”
Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bunları deyib:
- “Görüş yaxşı keçdi. Mən mövqeyimi bildirdim. Bir çox məsələlər müzakirə olundu. O cümlədən Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması. Əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil olunmalıdır. Qarabağla bağlı hər hansı müddəanın olması qəbuledilməzdir”.
- “Üç gün əvvəl Ermənistandan təkliflərimizə yeni cavablar aldıq. Biz onlara aydınlıq gətiririk. İlk baxışdan Ermənistanın mövqeyində irəliləyiş var, lakin bu kifayət deyil”.
- "Laçın-Xankəndi yolunda heç bir blokada yoxdur. Azərbaycana qarşı bu böhtandır. Biz bunu rədd edirik".
- “Söhbət sərhədin delimitasiyasından gedirsə, o zaman həm Zəngəzur dəhlizinin hər iki ucunda, həm də Laçın rayonu ilə Ermənistan sərhədində keçid məntəqələri yaradılmalıdır”.
- "Biz təklif etdik ki, iki ölkə sərhədində NNəzarət-Buraxılış Məntəqələri qurulsun. Ermənistandan tərəfdən cavab gözləyəcəyik"